Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında iki gün – iki unudulmaz Halloween təcrübəsi!
31 oktyabr və 1 noyabr tarixlərində Ritual Teatrda ardıcıl olaraq iki möhtəşəm tədbir baş tutdu:
“Happy Junior Halloween” (6–8 yaş qrupu üçün)
“Wednesday ilə Halloween Macəraları” (9–12 yaş qrupu üçün)
Hər iki gün uşaqlar və valideynlər tarixi teatr binasının sehrli atmosferində interaktiv oyunlar, dram əsaslı teatr performansları, tapmacalar, rəngarəng face art, yaradıcı bəzəklər və şəxsi fotosessiyalar ilə dolu əsl Halloween səyahətinə qoşuldu.
Tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olundu, uşaqlar isə öz yaradıcılıqlarını ifadə edərək teatrın sehrinə bir addım da yaxınlaşdı.
Bizim üçün ən böyük uğur — uşaqların gülüşləri və ailələrin məmnunluğudur!
Ritual Teatr kollektivi bu xüsusi günlərdə bizə qoşulan hər kəsə dərin təşəkkürünü bildirir.
Gələcək interaktiv tədbirlər, master-klasslar və uşaq teatr oyunları haqqında məlumat almaq üçün bizi izləməyə davam edin — Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında hər zaman yeni bir macəra sizi gözləyir!
#RitualTheater #Halloween2025 #KidsEvent #HappyJuniorHalloween #WednesdayHalloween #InteraktivTeatr #BakuEvents #RitualdaSehr

Ünvan:
Bakı şəhəri. Qoqol küçəsi 44Telefon:
+994555146989
"İnklüziv robot ayı" ilə teatrda tanışlıq görüşü keçirildi.

Ritual Teatr və Yaradıcılıq Laboratoriyası 15 iyun tarixində Füzuli rayonunun Daşbulaq kəndində Zəfəran İcmasının qadın üzvləri və icma rəhbəri Şəhla Əliyeva ilə görüş keçirmişdir.

Təlimlər zamanı bullinq, nifrət nitqi, kiber zorakılıq haqqında məlumatlar verilmiş və iştirakçılarla müxtəlif fəaliyyətlər həyata keçirilib müzakirələr aparılmışdır.

Bu vorkşopda siz özünüzü, öz mənfi və müsbət cəhətlərinizi təhlil etməklə obrazın yaradılması, özünü daha yaxşı tanıyaraq və bədən-hərəkət texnikalarından istifadə edərək obrazın yaradılmasını öyrənəcəksiniz.

Ritual Art Space-də Səs Aktyorluğu və Motion Capture üzrə Vörkşop Keçirildi.

"Ritual Mobil Teatr Laboratoriyası" ın təşkilatçılığı ilə Nadejda Potayenko tərəfindən Tısbağa Conatana həsr olunmuş ilk ustad dərsi (masterklas) keçirildi.