Ritual Teatr və Yaradıcılıq Laboratoriyası 2020-ci il 11 fevralda rejissor və pedaqoq Aynur Zərrintac tərəfindən təsis edilib. Teatr həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyət göstərir və yerli icmaların müxtəlif yaş qrupları ilə işləyir.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sosial layihələr və tamaşalarla yanaşı, teatrın rəqəmsallaşması istiqamətində bir sıra təcrübələr həyata keçirir. Sosial mövzuların və incəsənətidə İmmersiv reallıq(VR/AR), süni zəka (AI) inteqrasiyası üzərində işləyir.
Ardını oxu...Teatrın əsas məqsədi Azərbaycanın müxtəlif regionlarında və paytaxtda icma üzvləri ilə birgə sosial mövzuları teatr metodologiyası ilə tədris etmək və Azərbaycan dilində resurslar yaratmaqdır. Ritual Teatr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir, müxtəlif yaş qruplarına aid yerli icmalarla əməkdaşlıq edir.
Ritual Teatr, müxtəlif ölkələrdən sənətçilər və mədəniyyət təşkilatları ilə birgə layihələr həyata keçirərək, qlobal miq
Ritual Teatr, xüsusilə rəqəmsallaşma və texnologiyanın sənətə inteqrasiyasına böyük diqqət yetirir.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sosial layihələr vasitəsilə icma üzvləri ilə birgə fəaliyyət göstərərək, cəmi
Teatrın fəaliyyəti yalnız ənənəvi tamaşalarla məhdudlaşmır. O, həm də sosial layihələr və yenilikçi teatr formaları ilə
Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik.
Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır.
Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.
Təlimlər zamanı bullinq, nifrət nitqi, kiber zorakılıq haqqında məlumatlar verilmiş və iştirakçılarla müxtəlif fəaliyyətlər həyata keçirilib müzakirələr aparılmışdır.
Bu vorkşopda siz özünüzü, öz mənfi və müsbət cəhətlərinizi təhlil etməklə obrazın yaradılması, özünü daha yaxşı tanıyaraq və bədən-hərəkət texnikalarından istifadə edərək obrazın yaradılmasını öyrənəcəksiniz.
Ritual Art Space-də Səs Aktyorluğu və Motion Capture üzrə Vörkşop Keçirildi.
"Ritual Mobil Teatr Laboratoriyası" ın təşkilatçılığı ilə Nadejda Potayenko tərəfindən Tısbağa Conatana həsr olunmuş ilk ustad dərsi (masterklas) keçirildi.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının yaradıcılıq prosesi, sənət eksperimentləri və yeni layihələri haqqında maraqlı məqalələr təqdim edir.
Ritual Mobil Teatr Laboratoriyasının heyəti İrlandiyanın Crooked House Teatr Şirkətinin Maynooth Universitetində həyata keçirdiyi teatr layihəsində iştirak edir.