ritual logo

Tamaşalarımız

“MÜHAKİMƏ”- tamaşası

“MÜHAKİMƏ”

Tamaşa çox sevilən “12 Qəzəbli Adam” filminin motivləri əsasında səhnələşdirilir. Pyesin müəllifi İlqar Aydın (@ilqayd ) , quruluşçu rejissoru Məhəmməd Məmmədovdur (@m.mmadov ). Ritual Teatrının səhnəsində fərqli yozumda səhnələşdirilən bu tamaşada siz bu gizli prosesin bir hissəsinə çevriləcəksiniz. Məkan: Ritual Teatr və Yaradıcılıq Laboratoriyası. • Aktyorlar: Aynur Zərrintac @aynurzarrintac , İlahə Şahverənli @ilahashahverenlii , Arzu Əmiraslanova @dia_vita , Ülkər Əliyeva @ulker__aliyeva_ , Nərminə Fətullayeva @naraosc , Məhəmməd Gülmalıyev @muhammet.g08 , Səlim Xəyal @selim_xyl .

18 yaşlı bir gəncin taleyi sənin qərarından asılıdır.

 “MÜHAKİMƏ”- tamaşası

Ritual Teatr və Yaradıcılıq Laboratoriyası

Ünvan:

Baku

Tamaşalarımız

Aktiv"Mimmy" tamaşası

"Mimmy" tamaşası

Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır.

AktivAzərbaycanda sənətçi olmaq nə deməkdir?

Azərbaycanda sənətçi olmaq nə deməkdir?

Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.

Vaxtı BitibEmilya, nə deyirsən?

Emilya, nə deyirsən?

Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik.

Vaxtı Bitib"Qarabağ hekayələri" tamaşası

"Qarabağ hekayələri" tamaşası

Layihəmiz Qarabağdan köçkün düşmüş və yenidən doğma torpaqlarına dönən qadınların adaptasiya və icmalaşma prosesini sənədli teatr və sənət terapiyası vasitəsilə dəstəkləyir.

Vaxtı Bitib"Mən səni yaşadacam"

"Mən səni yaşadacam"

Ağaclar insan həyatında yalnız ekoloji deyil, həm də dərin mənəvi və simvolik məna daşıyır.