Tamaşalarımız
"Qarabağ hekayələri" tamaşası
30 il əvvəl evlərini tərk edən, bu gün doğma yurdlarına qayıdan qadınlar – müharibənin izlərini xalça naxışları ilə danışır. Layihəmiz Qarabağdan köçkün düşmüş və yenidən doğma torpaqlarına dönən qadınların adaptasiya və icmalaşma prosesini sənədli teatr və sənət terapiyası vasitəsilə dəstəkləyir. Hər naxış bir xatirədir. Hər hekayə – sağalma yoludur. Qeyd edək ki, layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Pyesin müəllifi: Almaz Həsənzadə Rejissor: Aynur Zərrintac Tədqiqat və müsahibələr: Zivər Əlizadə Aktrisalar: Ellada Xalıqova və Fidan Piriyeva Səhnə quruluşu: Leyla Quliyeva Vizual video həll: Fuad Məmmədov

Ritual Teatr Yaradıcılıq Laboratoriyası
Ünvan:
Bakı şəhəri. Qoqol küçəsi 44Telefon:
+994555146989Tamaşalarımız
Aktiv

"Mimmy" tamaşası
Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır.
Aktiv

Azərbaycanda sənətçi olmaq nə deməkdir?
Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.
Vaxtı Bitib

Emilya, nə deyirsən?
Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik.
Vaxtı Bitib

Vaxtı Bitib

"Mən səni yaşadacam"
Ağaclar insan həyatında yalnız ekoloji deyil, həm də dərin mənəvi və simvolik məna daşıyır.