Mövzu ənənəvi Azərbaycan nağılı olan Tıq-Tıq xanımın yenidən düşünməsindən irəli gəlir. Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik. Bu tamaşada biz sosiallaşmanın əhəmiyyətini və müasir cəmiyyətdə geniş yayılmış tənhalıq anlayışını araşdırmışıq. Layihə Open Space | Vizual və Performans İncəsənət Mərkəzi (Tbilisi), “Cənubi Qafqaz Sənədli Teatrlar Şəbəkəsi” layihəsi çərçivəsində Ritual Mobil Teatr Laboratoriyası ilə birgə hazırlanmışdır.
Heyət:
Dramaturq və aktyor: Zərif Bəkirova Rejissor: Aynur Zərrintac
Texniki məsələlər və dizayn üzrə məsul şəxs: Fuad Məmmədov
Musiqi: Nigar Süleymanova
Epizodik rol: Pərviz Soltanlı
Akytor və aktrisalar: Fidan Qasımova, Eltac Ələkbərli, Fidan Hüseynzadə, Arzu Əmiraslanova
Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır.
Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.