Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik.
Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır.
Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.