“İnklüziv Robot” layihəsi İsveçrə Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi süni intellekt, robot mexanizmi, teatr və incəsənət sahələrini birləşdirərək inklüziv tamaşa yaratmaqdır. Bu təşəbbüs, texnologiyanın yaradıcılıqla kəsişdiyi nöqtədə müxtəlif yaş və bacarıq səviyyəsinə malik iştirakçıların bir araya gəlməsini hədəfləyir. Layihə, texnologiya və hekayə yaratma metodlarından istifadə etməklə bullinqin qarşısının alınmasına yönəlib. Məqsəd, fərqliliklərin qəbul edildiyi və hörmətlə yanaşıldığı bir mühitin təşviq olunmasıdır. Görüş zamanı layihənin DEMO təqdimatı keçirilib. Təqdimatda robotun funksionallıqları, süni intellektə uyğunlaşdırılması və teatr səhnəsinə inteqrasiya imkanları müzakirə olunub. İştirakçılar, robotun texniki imkanları ilə yanaşı, onun səhnə hərəkətləri və emosional reaksiya qabiliyyəti haqqında da ətraflı məlumat əldə ediblər. Komanda: Mühəndis həlli və 3D Dizaynerlər: Gülarə Əliyeva Fuad Məmməd Develper: Cəmil Həmzəyev Rejissor və Mətn: Aynur Zərrintac Kostyum və Prop dizayner: Nadejda Potaenko
Ünvan:
Bakı şəhəri. Qoqol küçəsi 44Telefon:
+994555146989Ritual Teatr və Yaradıcılıq Laboratoriyası 15 iyun tarixində Füzuli rayonunun Daşbulaq kəndində Zəfəran İcmasının qadın üzvləri və icma rəhbəri Şəhla Əliyeva ilə görüş keçirmişdir.
Təlimlər zamanı bullinq, nifrət nitqi, kiber zorakılıq haqqında məlumatlar verilmiş və iştirakçılarla müxtəlif fəaliyyətlər həyata keçirilib müzakirələr aparılmışdır.
Bu vorkşopda siz özünüzü, öz mənfi və müsbət cəhətlərinizi təhlil etməklə obrazın yaradılması, özünü daha yaxşı tanıyaraq və bədən-hərəkət texnikalarından istifadə edərək obrazın yaradılmasını öyrənəcəksiniz.
Ritual Art Space-də Səs Aktyorluğu və Motion Capture üzrə Vörkşop Keçirildi.
"Ritual Mobil Teatr Laboratoriyası" ın təşkilatçılığı ilə Nadejda Potayenko tərəfindən Tısbağa Conatana həsr olunmuş ilk ustad dərsi (masterklas) keçirildi.