Bu vorkşopda siz özünüzü, öz mənfi və müsbət cəhətlərinizi təhlil etməklə obrazın yaradılması, özünü daha yaxşı tanıyaraq və bədən-hərəkət texnikalarından istifadə edərək obrazın yaradılmasını öyrənəcəksiniz. Bu vorkşopdakı texnikadan gələcəkdə fərqli obrazlar yaradanda onları daha da təkmilləşdirmək və dərinləşdirmək üçün istifadə edə bilərsiniz.
Vorkşop həm pyes yazanlar, həm aktyorlar, həm də bu sahədə marağı olanlar üçün hazırlanıb. Təlimçi:
Zərif Bəkirova - Dramaturq, ssenarist
Nigar İbrahimbəyli- Autentik Rəqs Mütəxəssisi
Təlimlər zamanı bullinq, nifrət nitqi, kiber zorakılıq haqqında məlumatlar verilmiş və iştirakçılarla müxtəlif fəaliyyətlər həyata keçirilib müzakirələr aparılmışdır.
Ritual Art Space-də Səs Aktyorluğu və Motion Capture üzrə Vörkşop Keçirildi.
"Ritual Mobil Teatr Laboratoriyası" ın təşkilatçılığı ilə Nadejda Potayenko tərəfindən Tısbağa Conatana həsr olunmuş ilk ustad dərsi (masterklas) keçirildi.