"Ritual Mobil Teatr Laboratoriyası" ın təşkilatçılığı ilə Nadejda Potayenko tərəfindən Tısbağa Conatana həsr olunmuş ilk ustad dərsi (masterklas) keçirildi. Bu yaradıcılıq dolu görüş zamanı iştirakçılar müxtəlif rənglərdə, ölçülərdə və formalarda tısbağa oyuncaqları hazırladılar.
Bu ustad dərsi həm kiçiklərin, həm də böyüklərin içindəki yaradıcı enerjini oyatdı və hər kəsə sənətin sehrli dünyasına bir addım daha yaxın olma imkanı verdi. İştirakçılar müxtəlif rənglərdə,ölçüdə və quruluşda tısbağa oyuncaqlar hazırladılar.
"İnklüziv robot ayı" ilə teatrda tanışlıq görüşü keçirildi.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası 15 iyun tarixində Füzuli rayonunun Daşbulaq kəndində Zəfəran İcmasının qadın üzvləri və icma rəhbəri Şəhla Əliyeva ilə görüş keçirmişdir.
Təlimlər zamanı bullinq, nifrət nitqi, kiber zorakılıq haqqında məlumatlar verilmiş və iştirakçılarla müxtəlif fəaliyyətlər həyata keçirilib müzakirələr aparılmışdır.
Bu vorkşopda siz özünüzü, öz mənfi və müsbət cəhətlərinizi təhlil etməklə obrazın yaradılması, özünü daha yaxşı tanıyaraq və bədən-hərəkət texnikalarından istifadə edərək obrazın yaradılmasını öyrənəcəksiniz.
Ritual Art Space-də Səs Aktyorluğu və Motion Capture üzrə Vörkşop Keçirildi.