Uşaq vaxtı gecələr yoldan keçən avtomobillərin işıqlarının otağa düşdüyü kimi bu tamaşa insanın ürəyinə proyeksiya salır. Amma təəssüf ki, balaca Zlatanın pəncərəsindən bu gecə boylanan “müharibə əjdahası” olacaq.
11 yaşlı Zlata Filipoviçin real günlükləri əsasında, Mərvə Mənainin qələmindən, Aynur Zərrintacın zəngin quruluşu ilə, Fidan Hüseynzadənin möhtəşəm ifasında (Ninaya da ayrıca alqış) Ritual Teatrdan “Mimmy” tamaşası. Bu tamaşa həm böyüklər, həm də yeniyetmələr üçündür. Dramaturq: Mərvə Mənai Rejissor: Aynur Zərrintac Aktrisa: Fidan Hüseynzadə
Layihəmiz Qarabağdan köçkün düşmüş və yenidən doğma torpaqlarına dönən qadınların adaptasiya və icmalaşma prosesini sənədli teatr və sənət terapiyası vasitəsilə dəstəkləyir.
Ağaclar insan həyatında yalnız ekoloji deyil, həm də dərin mənəvi və simvolik məna daşıyır.
Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik.
Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib.