Ritual Teatr və Yaradıcılıq Laboratoriyası 15 iyun tarixində Füzuli rayonunun Daşbulaq kəndində Zəfəran İcmasının qadın üzvləri və icma rəhbəri Şəhla Əliyeva ilə görüş keçirmişdir. Görüşdə qadın liderliyi və incəsənətin liderlik bacarıqlarına təsiri mövzusunda müzakirə aparılmış, daha sonra teatrın quruluşçu rəssamı Leyla Quliyevanın "Xalçaların dili" mövzusunda ustad dərsi baş tutmuşdur. Görüşün sonunda iştirakçılar yazar Almaz Həsənzadə və rejissor Aynur Zərrintacın hazırladığı "Qarabağ Hekayələri" adlı sənədli rəqs tamaşaya baxmışlar. Pyesin hekayələri Zivər Əlizadənin təşkil etdiyi müsahibələr əsasında aparılıb. Rolları teatrın aktyor heyətindən Ellada Xalıqova və Fidan Piriyeva ifa edirdilər. İsveç Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilən “Ümid Hekayələri: Qadınların Liderliyi və İncəsənət vasitəsilə İcma Quruculuğu” layihəsi çərçivəsində baş tutan bu görüşün əsas məqsədi Qarabağ zonasında yaşayan qadınların icmalaşmasına dəstək verməkdir. Pyesin müəllifi: Almaz Həsənzadə Rejissor: Aynur Zərrintac Tədqiqat və müsahibələr: Zivər Əlizadə Aktrisalar: Ellada Xalıqova və Fidan Piriyeva Səhnə quruluşu: Leyla Quliyeva Vizual video həll: Fuad Məmmədov
Address:
Bakı şəhəri. Qoqol küçəsi 44Phone:
+994555146989A meeting with the "Inclusive Robot Bear" was held in the theater.
During the trainings, information was provided about bullying, hate speech, and cyberbullying, and various activities and discussions were held with the participants.
In this workshop, you will learn how to create an image by analyzing yourself, your negative and positive aspects, and how to create an image by getting to know yourself better and using body-movement techniques.
The first masterclass dedicated to Jonathan the Tortoise was held by Nadejda Potayenko, organized by the Ritual Mobile Theatre Laboratory.